Tez-tez verilən suallar

1. Qəbul zəmanəti verirsinizmi?

Bəli, biz sizə ən azı bir Çin universitetinə qəbul olunacağını zəmanət veririk. Tələbə məlumatları düzgün təqdim olunduğu və sənədlər tələbə tərəfindən vaxtında təqdim edildiyi halda, bizim tərəfimizdən ən azı bir rəsmi təklif məktubu almağınız təmin olunur.


2. Əgər qəbul edilməsəm, ödəniş geri qaytarılırmı?

Lakin əgər prosesi biz düzgün idarə etməmişiksə, sənədlər yanlış göndərilibsə və ya texniki/təşkilati səhv bizim tərəfimizdən baş veribsə, bu zaman tam ödəniş geri qaytarılır.


3. WeChat və Alipay hesabı hər kəs üçün aktiv edilir?

WeChat aktivasiyası üçün bəzi texniki və pasport vasitəsi ilə şəxsiyyət təsdiqi tələbləri var. Əgər bu tələblər yerinə yetirilərsə, aktivasiya həyata keçirilir. Əks halda, əməliyyat həyata keçməzsə ödəniş geri qaytarılır.


4. Tərcümə xidmətləriniz rəsmi instansiyalar tərəfindən qəbul olunurmu?

Bəli, biz Çin dilinə/dilindən notarial tərcümələr edib onların apostil təsdiqi ilə məşğul oluruq. Beləliklə, bizim tərcümə etdiyimiz sənədlər rəsmi instansiyalar tərəfindən tanınır.

Tərcümə xidmətlərimiz müxtəlif akademik və peşəkar tədbirlərdə, o cümlədən beynəlxalq elmi konfranslarda, təqdimatlarda və seminar materiallarında uğurla istifadə olunub. Tərcümələrimiz HSK 5 və HSK 6 səviyyəli mütəxəssislər tərəfindən hazırlanır və akademik cəhətdən qəbul olunacaq dəqiqlik və dil standartlarına cavab verir.


5. Çin universitetlərinə hansı ixtisaslar üzrə müraciət edə bilərəm?

İqtisadiyyat, mühəndislik, kompüter elmləri, tibb, xarici dil, mədəniyyət və psixologiya ixtisasları üzrə əməkdaşlıq etdiyimiz universitetlər mövcuddur. Ərizə verməzdən əvvəl sizin akademik göstəricilərinizə və məqsədinizə uyğun proqramlar təklif olunur.

Bir çox hallarda müştərilərimiz ya Çində iş imkanı (iş vizası və ya məzuniyyət sonrası məşğulluq) üçün, ya da yüksək səviyyəli akademik təhsil almaq məqsədilə müraciət edirlər. Hər iki hal fərqli yanaşma tələb edir və tələbəyə qarşı qoyulan akademik (tələbənin peşəkar və elmi təcrübəsi, məktəb və ya universitetin təc) və maddi (illik təhsil haqqı, təqaüdlərin əldə edilməsi şansı) tələbləri də fərqli ola bilər.

Bu səbəbdən, müraciət etməzdən öncə sizin üçün uyğun olan yolun dəqiq müəyyənləşdirilməsi məqsədi ilə peşəkar məsləhətləşmə aparılır.


6. ÇinDost-un həm Çində, həm də Azərbaycanda əlaqə nöqtəsi varmı?

Bəli. Komandamızın üzvü Çində yerində fəaliyyət göstərir, həmçinin Azərbaycanda da əlaqələndirici mövcuddur. Bu sizə proses boyunca iki tərəfli dəstək imkanı verir. Ətraflı məlumat üçün “Bizimlə Əlaqə” bölməsi ilə tanış ola bilərsiz.