Universitet Müraciəti

“Elm Çində olsa belə arxasınca gedin.”

Hz. Məhəmməd (s.ə.s)

I. Əsas Xidmət: Universitetə Müraciət və Qəbul Prosesi

Xidmət aşağıdakı mərhələləri əhatə edir:

  • Tələbənin akademik göstəricilərinə və maraqlarına uyğun universitet və ixtisasların müəyyənləşdirilməsi.
  • Universitetlərin qəbul şərtlərinin təhlili və uyğun proqramların seçilməsi.
  • Zəruri sənədlərin (diplom, attestat, CV, motivasiya məktubu və s.) hazırlanması və Çin dilinə tərcüməsi.
  • Onlayn ərizələrin doldurulması və universitetlərin rəsmi sistemlərinə sənədlərin təqdim edilməsi.
  • Əlaqəli vizaların (X1/X2) alınması üçün tələbəyə və ailəsinə hüquqi və texniki məsləhətlərin verilməsi.
  • Universitetlər və namizəd arasında rəsmi yazışmaların aparılması.
  • Tələbənin universitet müsahibəsinə hazırlaşdırmaq.
  • CSCA, HSK, IELTS imtahanları üzrə hazırlıq materiallarının verilməsi.

II. Əlavə Xidmətlər: Hava Limanında Qarşılama və İlk Gündəlik Dəstək

Tələbə qəbul məktubunu əldə etdikdən və Çinə səfər planını təsdiqlədikdən sonra aşağıdakı əlavə xidmətlər göstərilir. Nəzərinizə çatdırmaq istərdik ki, aşağıdakı xidmətlərin haqları imzalanan müqavilədə göstərilən xidmətlərə aid deyil və ayrıca ödənilir:

  • Wechat və Alipay hesablarının yaranması
  • Tələbə vizası üçün səfirlikdə qeydiyyat.
  • Çinə ən optimal reysin təyin olunması və Çinə/ölkədaxili biletlərin alınması.
  • Tələbəyə pul köçürülməsi.
  • Çində Bələdçinin Tapılması. Bələdçinin tapılma xidməti bizə ödənilir. Bələdçinin əmək haqqı ayrıca bələdçinin özünə ödənilir. Tələbənin və bələdçinin sonrakı əməkdaşlıq və xidmətin müddəti artıq tələbədən istəyindən asılıdır. Tələbənin istəyindən asılı olaraq bələdçinin xidmətlərinə daxildir:
    • Tələbənin hava limanında qarşılanması.
    • Universitetin yataqxanada yerləşdirilməsi və ya alternativ yaşayış yerinə müşayiət.
    • Tələbənin qeydiyyat prosesi üçün ilkin məlumatlandırılması və bələdçilik.
    • Sim-kart, bank hesabı, ünvan qeydiyyatı və digər inzibati məsələlər üzrə ilkin konsultasiya.

Xidmətin Üstünlükləri:

  • Çində daimi fəaliyyət göstərən yerli komanda.
  • Rəsmi sənədlərlə işləmə və məxfiliyə tam zəmanət.
  • Universitetlərlə birbaşa əlaqələr və təcrübəli məsləhətçilər.
  • Müştəriyə fərdi yanaşma və tam prosedur dəstəyi.

Bu xidmətlər, tələbənin qəbul prosesində idarəetməni itirmədən və risklərə məruz qalmadan təhsil həyatına uğurla başlamasını təmin edir.


Ətraflı məlumat və pulsuz konsultasiya üçün, bizimlə əlaqə saxlayın!