“ÇinDost” tərcümə xidməti, Azərbaycan vətəndaşları üçün beynəlxalq münasibətlər, təhsil, hüquqi və kommersiya fəaliyyətləri sahəsində tələb olunan çoxdilli tərcümə xidmətləri təqdim edir. Əsas tərcümə dillərimiz: Azərbaycan, Rus, Çin, İngilis və Türk dilləridir.
Bizim tərcümələrimiz rəsmi notarial qaydada və ən qısa zamanda keçirilir. Biz həmçinin ASAN xidmətə alternativ kimi sənədlərin apostili ilə də məşğul oluruq.
Xidmətlərimiz dil dəqiqliyi, terminoloji uyğunluq və rəsmi standartlara tam riayət prinsipi ilə həyata keçirilir.

Tərcümə Xidmətlərinin Növləri
1. Yazılı Tərcümə
- Akademik sənədlər: diplom, attestat, transkript.
- Viza sənədləri və şəxsi sənədlər.
- Müqavilələr, texniki spesifikasiyalar, sertifikatlar.
- CV və motivasiya məktubları.
- Notarial tərcümə və Apostil təsdiqi.
2. Əyani və Şifahi Tərcümə
- Zavod və şirkət görüşlərində müşayiət.
- Müştəri-satıcı danışıqlarında sinxron tərcümə.
- Tələbələrin qeydiyyatı və yaşayış məsələlərində canlı dəstək.
- Rəsmi tədbirlərdə və sərgilərdə şifahi tərcümə.
- Onlayn görüşlərdə tərcümə.
Peşəkarlıq Standartlarımız
- Tərcüməçilərimiz HSK 5 və HSK 6 səviyyəli sertifikatlara malikdir.
- Texniki və hüquqi terminologiya üzrə təcrübəli mütəxəssislər.
- Zəruri hallarda Çində əyani tərcüməçinin təşkil olunması.
- Tərcümə olunan bütün sənədlərin keyfiyyət yoxlaması və redaktəsi.
Məxfiliyə Zəmanət
- Bütün sənədlər məxfi saxlanılır və yalnız xidmət müqaviləsi çərçivəsində istifadə olunur.
- Tərcümə prosesi boyunca müştəri məlumatlarının qorunmasına tam zəmanət verilir.
Üstünlüklərimiz:
- Qısa müddətdə tərcümə və çatdırılma.
- Mürəkkəb və spesifik sahələr üzrə ixtisaslaşmış tərcüməçilər.
- Müştərinin tələb etdiyi format və təqdimat üslubuna uyğun tərcümə.
- Yüksək keyfiyyət – rəsmi instansiyalar tərəfindən qəbul edilən sənədlər.
Rəsmi sənədlərinizi, hüquqi yazışmalarınızı və akademik müraciətlərinizi etibarlı və beynəlxalq standartlara uyğun şəkildə tərcümə etdirmək üçün bizimlə əlaqə saxlayın!
