Çinə ilk səfərimdir: Özümlə nə aparım?

Çin, zəngin mədəniyyəti, tarixi abidələri və müasir şəhərləri ilə dünyanın ən maraqlı turistik istiqamətlərindən biridir. İstər qısa müddətli gəzinti, istərsə də uzunmüddətli təhsil məqsədilə gedsəniz, düzgün hazırlanmış çanta səfərinizi xeyli rahatlaşdıracaq. Burada sadalanan tövsiyələrdə pasport və ya viza kimi hər kəsin bildiyi məcburi sənədlərdən danışmırıq, daha çox rahatlıq və uyğunlaşmanı təmin edəcək detallar üzərində dayanırıq.

Gəlin sizin Çin Xalq Respublikasına ilk səfərinizi təsvir edək. Siz hava limanını tərk etdiz və taksiyə yaxınlaşdız. Amma sizin taksi sürücünüz ingilis dilində bir söz belə bilmir! Bir neçə dəfə “hotel” sözünü təkrarladıqdan sonra siz artıq təslim olub cib telefonunuzu açmağa çalışırsız. Amma sizin telefon açılmır: Onda akkumulyator boşdur. Ona görə işinizi şansa buraxmayıb özünüzlə powerbank götürməlisiz. Amma hər-hansı power bank yox: CCC markalı powerbank, digərləri Çində getdikcə qadağan olunur.

Əla, indi siz telefonu açdız və tərcümə tətbiqini axtarırsız. Amma sizdə internet yoxdur! Çin çox rəqəmsal ölkə olduğu üçün əvvəldən öz mobil operatorunuzdan beynəlxalq rouminq almağınız mütləqdir. Bu sizə nəinki tərcüməçi tətbiqlərini istifadə etməyi, həmçinin ödənişlərin bir çoxun Alipay və WeChat ilə etməyə icazə verəcək. Bundan əlavə sizə daha rahat səyahət etmək üçün sizə xəritə tətbiqləri lazım olacaq, hansıların ki siz internetsiz istifadə edə bilməyəcəksiz.

Tutaq ki, internetiniz hazırdır, amma niyə sizin tətbiqiniz internetin olmamasını göstərir? İş orasındadır ki, tətbiqiniz ola bilər VPN-siz işləmir. Bəli, Çində bizim öyrəşdiyimiz bir çox tətbiqlər (Google-un bütün tətbiqləri, WhatsApp, Instagram) Çində VPN-siz açılmır. VPN sizə bu tətbiqləri rahat istifadə etməyi mümkün edən proqramdır. VPN-i əvvəldən yükləməyiniz çox vacibdir.

Nəhayət ki siz taksi sürücüsü ilə ünsiyyət qura bilib ona hansı təyinata sürmək lazım olduğunu çatdırdız. Siz hotelə çatandan sonra pasportunuzu otel işçilərinə təqdim edib öz otağınıza çatırsız və telefonunuzu şarj etmək istəyənda aşkar edirsiz ki, Çin prizləri bizim Azərbaycandakı prizlərdən fərqlidir! Siz Çində elektronika aldığınız təqdirdə buna diqqət yetirin, Azərbaycanda buna keçirici lazım ola bilər ki, bizim prizlərə uyğun olsun.

Belə uzun gündən sonra aclıq hiss eləmək çox təbiidir. Sizə Çin mağazalarında və restoranlarında/yeməkxanalarında olan qida ilk öncədən qeyri-adi gələ bilər, onlara öyrəşənə qədər sizə daha ənənəvi qidaları: qoğal, sendviç, simit, çörək, çayı özünüzlə gətirməyi məsləhət görürük. Sonra mağazalar şəbəkəsində (məsələn, “Lawson”, “7/11” və ya “Family Mart”-da) səfəriniz üçün snack-lər və ya ətrafda müsəlman/halal restoranlarda (Lanzhou Lamian və ya Lanzhou Niuroumian-də) yeyə bilərsiz. Nuş olsun!

Siz yemək yeyəndən sonra öz otel otağınıza geri dönüb yatırsız və sabahsı gün aşkar edirsiz ki, hava sizin gözlədiyiniz kimi olmadı! Çin həddən artıq rütubətli bir yerdir: cənub şəhərlərində, o cümlədən Şanxay, Quancou və Xancou kimi şəhərlərdə rütubət 90%-yə çata bilər! Buna görə isti və ya soyuq hava burada daha kəskin hiss olunur. Sizə öncədən gəzdiyiniz şəhərlərin hava proqnozunu öyrənmək və ona uyğun paltar hazırlamağı məsləhət görürük.

Çində çöldə gəzərkən siz yerli əhali ilə ünsiyyət qurmaq şansınız çox yüksəkdir. Siz Çinlilərlə fəlsəfi dialoq qurmalı deyilsiz, amma bəsit “salam”, “sağol”, “üzr istəyirəm”, “bura hardadır” və, bizim xalq üçün ən əsası, “bu neçəyədir” sözlərini çin dilində bilmək çox vacibdir. Bu sizin Çində səyahətinizi çox rahat edəcək və hər dəfə bəsit dialoq üçün cib telefonuzu açmaq məcburiyyətindən azad olacaqsız.

Beləliklə sizin səyahət üçün demək olar hər şey hazırdır. Sizdə internet, qida və su var. Amma digər yadda saxlamalı olduğunuz bir şey, fors-major hallarıdır. Xaric iqlimə düşəndə insan orqanizmi daha xəstəliklərə daha həssasdır. Bəsit qızdırma sizin turistik planlarınızı asanlıqla poza bilər. Ona görə sizə Azərbaycandan öskürək və qızdırmaya qarşı dərmanları əvvəldən götürməyi məsləhət görürük.

Çində gündəlik istifadə üçün bir çox məhsul Taobao və digər platformalarda münasib qiymətədir. Buna görə bütün əşyaları özünüzlə gətirməyə ehtiyac yoxdur. Düzgün hazırlanmış çanta həm səyahət, həm də təhsil həyatınızı asanlaşdıracaq. Əsas odur ki, şəxsi ehtiyaclarınız nəzərə alınmış olsun.


Daha çox faydalı məlumat və Çində təhsil və səyahət dəstəyi üçün ÇinDost ilə əlaqə saxlayın!

Bir şərh yazın

Bir şərh yazın