Çində WechatPay, AliPay və ya Nağd Ödəniş?

Çinə səyahət etməyi və ya orada təhsil almağı planlaşdırırsınızsa, gündəlik xərclərinizi necə idarə edəcəyiniz barədə düşünmək mütləqdir. Pul məsələsi hər bir turist və tələbə üçün əsas prioritetlərdən biridir. Çində bu məsələ bir qədər fərqli şəkildə işləyir, çünki ölkədə ödənişlər əsasən rəqəmsal şəkildə (QR kodları skan etməklə və ya P2P ödənişlərlə) aparılır. Əslində, müasir Çində nağd puldan istifadə edən şəhər tapmaq çətindir. Bununla belə, ilk öncədən Çin tətbiqləri olmayan turistlər və tələbələr xarici ölkəyə səyahət edərkən öz işini etibarlı tutub nağd pulla ödəniş etməyi üstün tuturlar. Beləliklə, qarşıya çıxan əsas sual budur: Çində hansı ödəniş üsulunu seçmək daha sərfəlidir – tətbiqlərlə yoxsa nağd pulla ödəniş?

WeChat Pay-ın üstünlükləri və çətinlikləri:

Çində ən geniş yayılmış ödəniş tətbiqlərindən biri WeChat-dır, daha dəqiq desək onun daxilində olan WeChat Pay funksiyası. WeChat WhatsApp kimi adi bir mesajlaşma platforması olmaqdan çox uzaqdır; o, sosial şəbəkə, alış-veriş portalı, xidmət sifarişi və ən önəmlisi ödəniş sistemidir. Çində gündəlik P2P ödənişlərin əksəriyyəti WeChatPay ilə həyata keçirilir. WeChatPay vasitəsilə insanlar tək mağazalarda deyil, küçə satıcılarında, ictimai nəqliyyatda və restoranlarda belə ödəniş edə bilirlər. Xaricilər də bu sistemdən istifadə edə bilərlər, lakin bunun üçün:

  • WeChat qeydiyyat prosesini keçmək,
  • Telefon nömrəsini və pasport məlumatlarını təqdim etmək,
  • Çin Bank hesabını WeChat hesabınıza bağlmaq lazımdır.

Nəticədə, gördüyümüz kimi WeChat Pay-dən istifadə artıq Çində uzun müddət qalmağı planlaşdıranlar üçün nəzərdə tutulubdur. Bütün əngəllərə baxmayaraq, WeChat Pay dostlar arasında gündəlik ödənişlər və ya WeChat Azərbaycanlı qruplarında xarici valyutala mübadiləsi üçün birinci seçimdir.

AliPay ilə necə başlamaq olar?

AliPay isə Alibaba Group tərəfindən yaradılmış və ilk olaraq onlayn alış-veriş üçün nəzərdə tutulmuş bir ödəniş platformasıdır. Zamanla AliPay də WeChatPay kimi geniş yayılıb və bu gün artıq hər yerdə – istər fiziki mağazalarda, istərsə də onlayn platformalarda – qəbul edilir. AliPay-in ən böyük üstünlüyü VISA, MasterCard və s. kartların tətbiqə bağlanma funksiyasıdır. Yəni, xaricdən gələn hər bir turist və tələbə rahat öz Azərbaycandan olan bank kartını AliPaya bağlayıb Çinin əksər rəqəmsal xidmətlərindən (onlayn taksi, TaoBao, PingDuoDuo və s.) yararlana bilər. Bu funksiya turistlər üçün çox rahat bir həll yolu hesab olunur və qeydiyyat prosesi də WeChat Pay-dən qat-qat daha sadədir. Həmçinin, “DiDi” taksi, “HelloBike” velosiped icarəsi“E-Le-Me” yemək çatdırılması kimi xidmətlərin inteqrasiyası AliPay-i qısa müddətə səfər edənlər üçün daha sərfəli seçim edir.

Nağd ödənişlər hələ də aktualdırmı?

Bununla belə, nağd puldan da tamamilə imtina etmək olmaz. Yuxarıda qeyd etdiyimiz ödəniş tətbiqləri yalnız internet bağlantısı ilə istifadə oluna bilər. Əgər sizin Çin nömrəniz yoxdursa və siz gəzərkən nə isə almaq istəyirsizsə sizin yeganə ümidiniz ətrafda olan Wi-Fi bağlantısıdır. Wi-Fi və ya mobil internet olmasa siz WeChat Pay və AliPay-dən istifadə edə bilməyəcəksiz. Bu səbəbdən, müəyyən məbləği nağd pulla özünüz ilə götürməyə ehtiyyacınız var. Özünüz ilə dollar götürüb sonra Çində hava limanında və ya banklarda mübadilə edə bilərsiz.

Özümlə pulu hansı nisbətdə nağd və rəqəmsal şəkildə götürüm?

Nəticə etibarı ilə, “ÇinDost” sizə öz pulunuzu 40%-ni nağd şəkildə, 60%-ni isə AliPay ilə götürməyi məsləhət görür. Çində ödənişlərin əksəriyyəti rəqəmsal formada həyata keçirildiyi üçün AliPay və WeChat Pay kimi tətbiqlər gündəlik həyatın ayrılmaz hissəsidir. Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda internet bağlantınız olmaya bilər – xüsusilə də yeni gəldiyiniz zaman, Çin mobil nömrəniz və ya yerli SIM kartınız yoxdursa. Bu kimi vəziyyətlərdə müvəqqəti olaraq ödəniş edə bilməmək riskinə qarşı cibinizdə müəyyən məbləğdə nağd pulun olması faydalı ola bilər.

“ÇinDost” olaraq məqsədimiz, səyahət və ya təhsil planlarınızda sizi real və faydalı məsləhətlərlə dəstəkləməkdir. Unutmayın: düzgün maliyyə hazırlığı, rahat təcrübənin ilk addımıdır.


Çində ödənişlə bağlı hər hansı sualınız olarsa, pulsuz konsultasiya üçün bizimlə əlaqə saxlaya bilərsiz.

Bir şərh yazın

“Çində WechatPay, AliPay və ya Nağd Ödəniş?” üçün bir cavab

  1. […] mütləqdir. Bu sizə nəinki tərcüməçi tətbiqlərini istifadə etməyi, həmçinin ödənişlərin bir çoxun Alipay və WeChat ilə etməyə icazə verəcək. Bundan əlavə sizə daha rahat səyahət etmək üçün sizə xəritə […]

    Bəyən

Bir şərh yazın