Çində Biznes: Azərbaycanlı Sahibkarlar üçün Məsləhətlər

Çin Xalq Respublikası, son onilliklərdə sürətli iqtisadi inkişafı və yüksək istehsal gücü ilə dünya ticarətində əsas iştirakçılarından birinə çevrilmişdir. 2025-ci ildə Azərbaycan vətəndaşları üçün turizm vizasının 30 gün ərzində ləğv olunması bizim bir çox fərdi sahibkarları Çin bazarında daha aktiv iştirak etməyə yönəltdi. Xırda plastik məmulatlardan böyük mexaniki avadanlıqlaradək, Azərbaycanlı biznesmenlər Çindən hər növ məhsulları ölkə daxilinə idxal edirlər. ÇinDost Çin bazarını özü üçün yeni açan sahibkarlar üçün qısa tövsiyə siyahısı hazıladı.

Çinlə Biznes Əlaqələrinin Əsasları

Çin bazarına daxil olmaq istəyən sahibkar ilk növbədə aşağıdakı məsələləri nəzərə almalıdır:

  • İstehsalçı seçimi və ilkin əlaqə: Ən çox istifadə olunan platformalara Alibaba, Made-in-China və 1688 daxildir. Lakin bu platformalarda təqdim olunan məlumatların doğruluğunu yoxlamaq üçün yerli inspeksiya vacibdir.
  • Sənədləşmə və hüquqi uyğunluq: Gömrük, sertifikatlaşdırma və ticarət razılaşmalarında sənədlərin rəsmi və hüquqi şəkildə tərcümə olunması və uyğunluğunun təmin olunması tələb olunur.
  • Ödəniş və risklərin idarə olunması: Çin bazarında ödəniş üsulları fərqli ola bilər (WeChat, Alipay, bank köçürmələri). Etibarlı tərəfdaşla işləmədən ödəniş göndərilməsi tövsiyə olunmur.

Yerli Dəstəyin Rolunun Artması

Uzaq məsafə və dil baryeri səbəbindən fiziki yoxlamanın mümkün olmamasımədəni fərqliliklər Azərbaycanlı sahibkar üçün əlavə çətinliklər yarada bilər. Bu səbəbdən Çində yerli tərəfdaş və etibarlı xidmət təminatçısı ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

ÇinDost olaraq təqdim etdiyimiz xidmətlərə daxildir:

  • İstehsal müəssisəsində məhsulun fiziki inspeksiyası və hesabatlandırma
  • Çin dilində tərcümə və müqavilə şərtlərinin izahı
  • Səfər planlaşdırılması və əlaqələndirmə
  • WeChat üzərindən kommunikasiya və əməliyyat dəstəyi

Bu xidmətlər yalnız prosesi asanlaşdırmır, həm də əməliyyat risklərini əhəmiyyətli dərəcədə azaldır.

Çində Ticarət Əməliyyatlarında Tez-tez Qarşılaşılan Problemlər

Aşağıdakı hallar təcrübədə tez-tez rast gəlinən risklərdir:

  • Minimum sifariş miqdarı barədə yanlış anlaşmalar
  • Zavodun təqdim etdiyi nümunələrin istehsalla uyğun gəlməməsi
  • Gömrük və idxal tələbləri barədə əvvəlcədən məlumatlı olmamaq
  • Tərcüməsiz və hüquqi qiymətləndirilməmiş müqavilələrin imzalanması

Bu problemlərin qarşısını almaq üçün proaktiv yanaşma və peşəkar müşayiət vacibdir.

Çin bazarı Azərbaycanlı sahibkar üçün strateji inkişaf və idxal diversifikasiyası baxımından geniş imkanlar təqdim edir. Lakin bu imkanlardan düzgün və risklərə nəzarətli şəkildə yararlanmaq üçün ekspert müşahidəsi, sənədləşmə dəstəyi və yerli inspeksiya mütləqdir.

ÇinDost komandası olaraq Çində fəaliyyət göstərən sahibkar və idxalatçılara real, peşəkar və şəffaf dəstək vermək üçün xidmətinizdəyik.


Çin ilə biznes qurmaq istəyirsiz amma bilmirsiz hansı addımlar atmalısız? Bizimlə əlaqə saxlayın!

Bir şərh yazın

Bir şərh yazın