Niyə getdikcə daha çox Azərbaycandan olan tələbələr məhz Çini seçir?

Son illərdə Çin universitetlərinə qəbul olunan azərbaycanlı tələbələrin sayı müntəzəm olaraq artır. Əvvəllər bir çoxları yalnız biznes məqsədi ilə Çinə müraciət edirdilərsə indi isə tələbələrin əsas məqsədi orada ali təhsil almaqdır. Bunun əsas səbəbi nə ola bilər?

Müasir Azərbaycanın İqtisadi Meyili

Azərbaycanlı tələbəri ən cəlb edən fakt Azərbaycan və Çin arasında getdikcə daha da güclənən iqtisadi və siyasi münasibətlərdir. Çinin artıq bir çox şirkətləri Azərbaycanda öz ofislərin açıb, ölkəmizə səhm yatırırlar. Onlar arasında: Hikvision, Envision, Universal Energy və s. beynəlxalq miqyaslı enerji və texniki avadanlıq şirkətləri var. Həmin şirkətlər yerli bazara adaptasiya üçün Çin universitetlərindən məzun olan Azərbaycanlıları axtarırlar. Bundan əlavə, bir çox Azərbaycanlı şirkətlər çin dilini bilən və orada əlaqələri olan işçiləri qat-qat daha çox qiymətləndirir, işçi seçimi vaxtı onlara üstünlük verirlər.

Çin Dilini Mühitdə Öyrənmək Şansı

Əvvəllər British Petroleum və Shell kimi şirkətlərdə ali təhsil olmadan, sədəcə ingilis dili biliyi ilə rahat yüksək maaşlı vəzifələrdə işləmək olurdusa, müasir Azərbaycanda çin dili həmin yeri alır. Hal-hazırda Çin dilində danışa bilənlərin qabağında imkanların həddi-hüdudu yoxdur. İstəsələr onlar freelance-da ayda 2-3 gün işləyib digər yüksək maaşlı peşələrin aylıq maaşın qazana, istəsələr online texniki sənədlərin tərcüməsi ilə evdən işləyə, istəsələr ingilis dili bacarığı ilə birləşdirib digər ölkələrdə işləyə bilərlər. Nəzərinizə çatdırım ki, bu yalnız Çin dilinin istifadəsidir; təsəvvür edin əgər xüsusi bir peşə seçib onun üzərinə çin dili kimi hard skill əlavə etsəniz müasir iş bazarında rəqabət qabiliyyətiniz necə də qalxacaq. Məsələn, 2025-ci ilə Hikvision həmişə çin dilini bilən Azərbaycanlı satış idarəçilərini, Envision isə mühəndisləri axtarır. Amma yadda saxlayın ki, belə nisbətən az tələblər və yüksək mükafat yalnız Çinin Azərbaycan bazarını kəşf etməsinin başlanğıc mərhələlərində olur, və çinli sərmayəçlilər bazara öyrəşəndən sonra artıq Çin dili avantaj yox, bəsit tələb kimi sayılacaq. Nəticədə, yalnız öncədən özünü bazarda sübut etmiş işçilər bazarda üstünlüyü saxlayacaq, digərləri isə ya daha sərt rəqabətə tab gətirməli, ya da alternativ sahələrə yönəlməli olacaqlar. Yaxşısı budur ki, bu mərhələdə – yəni bazar hələ formalaşarkən – özünüzü tanıtdırmaq, əlaqələr qurmaq və mövqe tutmaq üçün indi müraciət edəsiniz. Çünki sabah artıq gec ola bilər.

Çin Universitetlərinin Reytinqləri və Təqaüdlər

Çin universitetləri, xüsusilə biznes idarəsi, informasiya texnologiyaları, mühəndislik və iqtisadiyyat sahələrində dünyanın aparıcı reytinqlərində yer alır. Təhsil diplomlarının əksəriyyəti Azərbaycanda Təhsil Keyfiyyəti Təminatı Agentliyi (TKTA) tərəfindən tanınır və qəbul olunur. Bundan əlavə, TKTA ilə tanınan həmin diplomlar ilə kişi məzunlar universitetlərin “Shanghai Ranking”-də Top 500 reytinqində olarsa daha az fiziki əmək tələb edən İntellektual Əsgərlik keçmək imkanı var.

Həmçinin, yüksək reytinqləri nəzərə almaqla Çin universitetlərinin təhsil haqqları digər eyni reytinqli universitetlərin təhsil haqqlarından qat-qat daha azdır. Təbii ki, təhsil haqqı fakultədən fakultəyə çox dəyişir, amma ümumi olaraq, Çində təhsil haqqı təxminən bu cədvələ uyğundur:

Təhsil növü / XidmətMəbləğ (yuan)
Qeydiyyat haqqı500
Bir semestrlik Çin dili kursu6700
Bir illik Çin dili kursu13 400
Bakalavr pilləsi üzrə illik təhsil haqqı15 400
Magistr pilləsi üzrə illik təhsil haqqı19 400
Doktorantura pilləsi üzrə illik təhsil haqqı22 000

Bundan əlavə Azərbaycanlı tələbələr üçün həm dövlət, həm də universitetlər tərəfindən təqdim olunan çoxsaylı tam təqaüd proqramları mövcuddur. Müxtəlif növ təqaüdlər bizim tələbələrə öncədə müraciət olunan vaxtı əlçatandır.

Nəticə etibarı ilə, Çində təhsil almaq azərbaycanlı tələbələr üçün həm maddi cəhətdən əlverişli (təqaüdlər, yaşayış xərclərinin nisbətən aşağı olması), həm də akademik baxımdan keyfiyyətli bir seçimə çevrilmişdir. Ölkənin qlobal elm və texnologiya sahəsində artan rolu, çoxmillətli mühit və gələcəkdə əmək bazarında açılan imkanlar bu tendensiyanı daha da gücləndirir. Bütün bu amilləri nəzərə alaraq, bu mərhələdə vaxtında müraciət edib mövcud imkanlardan faydalanmaq, tələbələrə həm akademik, həm də peşəkar sahədə rəqabət üstünlüyü qazandıra bilər.


Siz də bu fürsətdən yararlanaraq gələcəyiniz üçün güclü bir addım ata bilərsiniz. Bizimlə əlaqə saxlayın və ÇinDost olaraq biz sizə bu yolda tam dəstək verməyə hazırıq.

Bir şərh yazın

Bir şərh yazın